“Xəzər Lənkəran” “Slima” oyunun hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, cənub təmsilçisi dünən axşam məşqinə çıxıb.
Baş məşqçi Con Toşak zədəli futbolçular – Skarduelli Vanderson, Franko Nildo və Zohair Benouahi barədə xoş xəbər alıb. Belə ki, hər 3 futbolçunun durumu yaxşıdı və kollektivlə birlikdə məşqlərdə iştirak edir. Onlar “Slima” ilə cavab oyununda iştirak edə bilər.
İdman24.az