"Neftçi"nin zədələnən futbolçusu Karlos Kardosonun xəstəxanaya aparılmasından sonra İrahimxılil Axundlu adına Naxçıvan şəhər stadionuna iki təcili tibbi yardım maşını birdən gəlib. Bu zaman stadionda qəza baş verib.
Fanat.az xəbər verir ki, hər iki maşın qaçış zolağının üzəri ilə hərəkət edərək ehtiyat oyunçular skamyasının qarşısına gəliblər. Matçın dördüncü hakimi Rauf Cabbarov onlardan geri çəkilməyi tələb edib. Bu zaman öndəki maşın arxaya hərəkət edərək o birini vurub və qəza baş verib. Daha sonra isə geri gedən maşınlardan biri az qala Con Toşakı vuracaqmış. Uelsli mütəxəssis təcili tibbi yardım maşınının qapısını açaraq sürücüyə öz etirazını bildirib.
Fanat.az