“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilmiş “Simurq”la oyundan sonra düzənlənən mətbuat konfransında matç haqda fikirlərini bildirib.
Fanat.az xəbər verir ki, uelsli 2:1 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib: “İlk 15 dəqiqədə bərbad oynadıq. Rəqib qol vurandan sonra qapalı futbol nümayiş etdirirdi. “Simurq”un müdafiə xəttini yarmaq çox çətin idi. Sakkonini əvəzləməklə düzgün addım atdıq. Tounkara, Mbilla və Ramazanovla müxtəlif hücum variantlarını yoxladıq. Fasilədən sonra üstün tərəf idik, qalib gəlmək üçün əlimizdən gələni etdik. Nildo diz bağlarından zədələnib, onun Super Kubokda oynamaq şansı azdı. “Neftçi”yə qarşı iki dəfə oynamışıq və heç birində məğlub olmamışıq. Super Kuboku Lənkərana aparmaq yaxşı olar”.
Fanat.az