Makedoniya millisi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, makedoniyalılar Uelsin qonağı olub.
Oyun meydan sahiblərinin 1:0 qələbəsi ilə yekunlaşıb. Makedoniya millisinin baş məşqçisi Zoran Stratev "Xəzər Lənkəran"ın Nikola Qliqorovu ehtiyatda saxxlayıb.
Qeyd edək ki, oyunu hər iki komandanı çalışdırmış "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak da canlı izləyib.
Fanat.az