Toşak azarkeşlərdən üzr istədi

Toşak azarkeşlərdən üzr istədi

"Çox məyusam. Çox bərbad oynadıq. Futbolçular məni məyus elədilər. Məni “Makkabi” yox, öz futbolçularım təəccübləndirdi. Çünki onlar 3 ardıcıl ötürmə verə bilmirdilər”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

“Ağ-yaşıllar” Avropa Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmasında Hayfada “Makkabi”nin qonağı oldular. 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini açıqlayan uelsli mütəxəssis nəticədən razı qaldığını bildirib: “Fikrimcə, biz yaxşı hesabla uduzduq. Rəqibin necə sürətli oynadığını gördünüz. Hesab daha böyük ola bilərdi. 30 ildir futboldayam, amma çalışdırdığım komandalardan belə zəif oyun görməmişdim. İlk yarıda Sadio Tounkara, ikinci hissədə Junior Nildo gözəl şansı əldən verdilər. Bizə səfərdə qol vurmaq çox vacib idi. Lakin bundan yararlana bilmədilər”.

Cavab matçına gəlincə, Toşak ümidlərini itirmədiyini söyləyib: “Hələ heç nə itirilməyib. Düzdü, bu gün 2:0 hesabı ilə uduzduq. Rəqib bir addım bizdən öndədi. Hesab qanunauyğundur. Rəqib güclü olsa belə, cavab matçında öz gücümüzə inanmalıyıq. Futbolçular daha yaxşı oyun göstərə bilərlər. Hesaba görə azarkeşlərdən üzr istəyirəm”. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər