Torres Diniyevi sevindirdi

Torres Diniyevi sevindirdi
"Rəvan" Topaz Premyer Liqasının XV turu çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq. Fanat.az xəbər verir ki, Bakı klubu cümə günü "Bayıl Arena"da baş tutuacaq görüşə hazırlığı davam etdirir. 
Adıçəkilən stadionda gündə 1 dəfə olmaqla məşq edən "aslanlar" Kristian Torresin ümümi qrupa qoşulmasına sevinir. Dizindəki zədəni sağaldan argentinalının "Qəbələ" ilə matçda iştirak edib-etməyəcəyi oyun günü baş məşqçinin qərarına əsasən müəyyənləşəcək. 
Baş məşqçi Şahin Diniyev yetirmələrinə taktiki-texniki hazırlıq keçməklə yanaşı, ayrı-ayrı oyun komponentlərində keyfiyyətin yüksəldilməsinə də xüsusi diqqət ayırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər