Timur oynadı, komandası uddu

Timur oynadı, komandası uddu
Türkiyənin Super Toto 2-ci liqasında 14-cü turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Timur Temeltaşın çıxış etdiyi "Altınordu" "Bandırmaspor"un qonağı olub.
Oyun "Altınordu"nun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Timur meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Altınordu" 14 oyundan sonra 28 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər