"PSJ"nin braziliyalı ulduzu Tiaqo Silva son vaxtlar "Barselona" ilə özü arasında gəzən şayiələrə son nöqtəni qoyub.
İdman24.az xəbər verir ki, ulduzun adı uzun müddətdir ki, Katalan klubu ilə birgə hallanır.
Bununla bağlı açıqlama verən Tiaqo "Rəhbərliklə görüşüb klubdan ayrılacağım deyilir. Bu doğru deyil. Burada qalacam müqaviləmin sonuna kimi", deyib.
İdman24.az