Tərzin sabiq komandasına qarşı oynayacaq?

Tərzin sabiq komandasına qarşı oynayacaq?

Topaz Premyer Liqasının XXV turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" istirahəti başa vuraraq hazırlığa başlayıb. Fanat.az xəbər verir ki, komanda səhər məşqində daha çox fiziki hazırlıq üzrə çalışıb. 

Ötən tur zədə səbəbindən "Neftçi" ilə görüşdə iştirak edə bilməyən Tərzin Cahagirov artıq fərdi məşqlərə başlayıb. Onun növbəti oyunda meydana çıxıb-çıxmayacağı məlum deyil. "Sumqayıt"ın növbəti məşqi saat 16.30-da olacaq.

Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" martın 8-də keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər