Teli hələ də hazır deyil

Teli hələ də hazır deyil

"Qarabağ" "Simurq"la oyunun hazırlıqlarına başlayıb. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının 15-ci turunda Zaqatala klubunun qonağı olacaq çempionatın lideri günü  tək məşqlə keçirəcək.

 

 Baş məşqçi Qurban Qurbanov "Rəvan"la oyundan sonra dünən futbolçulara istirahət vermişdi. "Qarabağ"da Admir Teli hələ də kollektiv çalışmalara qoşulmazkən, son oyunu cəza səbəbindən buraxan Riçard Almeyda sıraya dönüb.

 

 Daha iki gün Bakıda hazırlıq keçəcək "Qarabağ" dekabrın 29-da Zaqatalaya yollanacaq.

 

Qeyd edək ki, "Simurq" - "Qarabağ" oyunu noyabrın 30-da keçiriləcək və saat 17.00-da start götürəcək.

 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər