Daha bir futbolçu yığma komandamızda debüt edib. Fanat.az xəbər verir ki, Taşkın İlter Qırğızıstanla oyunda ilk dəfə A millinin formasını geyinib.
Berti Foqts Almaniyanın "Ayntraxt" (Braunşveyq) klubunun U-23 komandasında forma geyinən futbolçuya start heyətində şans verib. Taşkını 63-cü dəqiqədə Ufuk Budak əvəzləyib.
Qeyd edək ki, bu günədək 201 qarşılaşmaya çıxan millimizin formasını 187 futbolçu geyinmişdi. 202-ci matçda meydana çıxan İlter bu siyahıda 188-ci oyunçu olub.
Taşkından başqa bu il daha 6 futbolçu A millidə debüt edib. Belə ki, Foqts Özbəkistanla ilin ilk matçında 6 futbolçuya belə şans vermişdi: Anar Nəzirov, Cavid İmamverdiyev, Rüfət Dadaşov, Eşqin Quliyev, Qara Qarayev, Pərdis Fərcad-Azad.
Fanat.az