Syomin: “Gözəl oyun göstərdik”

Syomin: “Gözəl oyun göstərdik”

Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "İnter" üzərində səfər qələbəsinə sevinən “Qəbələ”nin  baş məşqçisi Yuri Syomin oyunsonrası mətbuat konfransında görüş haqda fikrilərini dilə gətirib.

Fanat.az xəbər verir ki, rus mütəxəssis qələbəyə layiq olduqlarını deyib: “9-cu turdan sonra çempionatda uzun müddətlik fasilə yarandı. Hesab edirəm ki, fasilə ərzində çox yaxşı çalışdıq və nəticədə əvvəl zəif çıxış edən müdafiəçilərimiz bu gün çox yaxşı oyun nümayiş etdirdi. Ümumiyyətlə, komanda şəklində gözəl oyun göstərdiyimizi və 3 xala layiq olduğumuzu düşünürəm. Qələbəyə görə şadam. Rəqibimiz "İnter" möhkəm komandadı. Hazırda yüksəlişdədi".

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər