Yuri Syomin "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin rusiyalı baş məşqçisi azarkeşlərin azlığından narazılıq edib:
"Çox maraqlı oyun oldu, təəssüf ki, bizim xeyrimizə başa çatmadı. Müdafiədə çox səhvlər buraxdıq, rəqib bu səhvlərə görə bizi cəzalandırdı. İkinci hissədə komanda çox çalışdı, sona kimi mübarizə apardıq. Qələbə qazana bilmədiyimiz üçün üzülürəm. Təəssüf ki, oyuna az sayda azarkeş gəlmişdi. Bu oyun istənilən çempionatın bəzəyi ola bilərdi".
Fanat.az