Şüşə sındırdı, qapı qırdı...

Şüşə sındırdı, qapı qırdı...

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun VI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"Bakılı" ilə oyunun 85-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan Taleh Muradov ehtiyat hakimin əyləşdiyi yerin şuşəsini və paltardəyişmə otağının qapısını sındırdığı üçün 3 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub. Dəymiş ziyana əsasən "Qaradağ" stadionun rəhbərliyinin təqdim edəcəyi hesaba uyğun olaraq ödəmə edəcək.

"Şəmkir"in futbolçusu Asif Əhmədov "Lokomotiv"lə oyunun 60-cı dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə aldığından 2 oyunluq cəzalandırışlıb, klubu 200 manat cərimələnib. İki dəqiqə sonra Şəmkir klubunun başşa bir üzvü - Ramil Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb. Onun cəzası bir oyun olub, klub 20 manat cərimələnib. 82-ci dəqiqədə tmə "Lokomotiv"in oyunçusu Tural Adıgözəlov eyni səbəbdən meydandan kənarlaşdırılıb və cəzası eyni olub - 1 oyun cəza, 20 manat cərimə.

"Mil-Muğan", "Bakılı" və "Araz" 4 futbolçusu sarı vərəqə aldığından 100 manat cərimə ödəyəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər