İtaliya Super Kubokunun sahibi bu gün məlum olacaq. Fanat.az xəbər verir ki, A Seriyasının qalibi “Yuventus”la İtaliya Kubokunun qalibi “Latsio” üz-üzə gələcək.
Komandalar indiyədək 151 matçda qüvvələrini sınayıb. Bunların 75-də Turin təmsilçisi, 39-da isə “Latsio” meydandan qələb ilə ayrılıb. Qalan 37 qarşılaşma isə bərabərliklə başa çatıb.
“Yuventus”un heyəində ciddi problem olmasa da, “Latsio”nun heyətində oyun alqı-satqısı ilə bağlı 6 ay müddətinə yaşıl meydanlardan uzaqlaşdırılan Stefan Mauri forma geyməyəcək.
Qeyd edək ki, matç bu gün Bakı vaxtilə saat 00:00-da başlayacaq.