Nazim Süleymanov "Bakı" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi komandasından razı qalıb:
"Klubumuzun prezidenti Sadıq Sadıqovun ad günü idi. Dünən onu sözlə, bu gün isə qələbəmizlə təbrik etdik. Oyunçulardan çox razıyam. Saşa Stamenkoviç qırmızı vərəqə aldıqdan sonra komandada ruh düşkünlüyü yarandı. Lakin komanda özündə güc tapdı, oyunu qələbə ilə başa vurdu. Oyunda hər üç qolu özümüz vurduq, ikisini rəqib qapısına, birinə də öz qapımıza".
Fanat.az