"Reytinq siyahılarında mövqeyimiz yaxşılaşdırmağı çox istəyirik. İnanın ki, Azərbaycan yığması istənilən matçda qalib gəlmək üçün maksimum güc qoyur. Əgər futbolçuların motivasiyası və istəyi yoxdursa, meydana çıxmağın nə mənası var? O ayrı məsələ ki, heç də həmişə uğurlu alınmır". Fanat.az xəbər verir ki, bu sözləri millimizin məşqçisi Nazim Süleymanov deyib.
Rusiya mətbuatına danışan Süleymanov futbolumuzun inkişaf etdiyini bildirib: "Bizim futbol inkişaf edir. Təsadüfi deyil ki, ötən il “Neftçi” Avropa Liqasının qrup mərhələsində oynadı. Başa çatmaq üzrə olan seçmə mərhələdə yığmamız artıq 8 xal toplayıb. Əvvəllər heç vaxt belə nəticəyə nail olmamışıq. Amma hələ ehtiyatda Rusiya ilə 1 oyunumuz da var".