“Denizlispor” müdafiəçisi Saşa Yunisoğlu Türkiyənin PTT liqasında Branimir Subaşiçin çıxış etdiyi “Orduspor”a qarşı keçirdiyi oyundan danışıb. Fanat.az xəbər verir ki, Saşa bunları deyib:
“Orduspor”un qol vurduğu epizodda Subaşiç əllə oynamışdı. Bunu hakimdən başqa hamı gördü. Biz hətta oyunu dayandırdıq. Düşündük ki, hakim qayda pozuntusunu qeydə alacaq. Ancaq bu, baş vermədi və mən Subaşiçə yaxınlaşıb bu barədə soruşdum. Cavabı məni özümdən çıxardı, onu boğmağa hazır idim. Təsəvvür edin, barmağı əllə oynadığına görə şişmişdi. “Orduspor”a oyuna görə uduzmadıq. Sadəcə, bəxtimiz gətirmədi. Onların birinci hissədə bir qol vəziyyəti oldu. Subaşıçin zərbəsindən sonra müdafiəçi topu qapı xəttindən çıxardı. Biz isə üç yüzfaizli qol epizodu yaratdıq, mənim zərbəmdən sonra top qapı tirinə dəydi. Vursaydım, yəqin, qələbə qazanardıq”.
Fanat.az