Türkiyənin PTT 1-ci liqasında XV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Orduspor" bu turda "Balıkesirspor"un qonağı olub.
Turnir cədvəlinə liderlik edən Ordu təmsilçisi səfər oyununda yenilib - 0:1. Subaşiç meydana start heyətində çıxıb və 90 dəqiqə oynasa da, qol vura bilməyib.
Qeyd edək ki, "Orduspor" 15 oyundan sonra 29 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki "İstanbul BB"nin də 29 xalı var.
Fanat.az