Türkiyənin PTT 1-ci liqasında XXII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Branimir Subaşiçin çıхış etdiyi "Manisaspor" "Antalyaspor"un qonağı olub.
Oyun Antalya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Subaşiç meydana start heyətində çıхıb və 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Manisaspor" 22 turdan sonra 20 хalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Fanat.az