"Fənərbaxça"nın ulduzu Moussa Sow klubdan ayrılacağı barədə gəzən xəbərlərin doğru olmadığını söyləyib.
İdman24.az xəbər verir ki, seneqallı oyunçu "Klubun düşərgəsindəyəm. Burada hər şey çox yaxşı gedir. UEFA-nın son qərarı da çalışmalarımıza stimul verir. Mənim haqqımda həmişə dedi-qodular gəzir. Heç yerə getmək fikrim yoxdur. Klubda qalacam", deyib.
Qeyd edək ki, UEFA-nın son qərarına əsasən klub Çempionlar Liqasında iştirak edə biləcək.
İdman24.az