"Qalatasaray"ın futbolçusu Uesli Sneyderin arvadı Yolante Kabau Türkiyədə seriala çəkiləcək. Fanat.az xəbər verir ki, o, "Kurt Seyd&Shura" serialında rol alacaq.
Baş rollarda Kıvanç Tatlıtuğla Farah Zeynep Abdullahın rol alacağı filmdə Kabaunun oynayacağı rol da bəllidi. O, Farah Zeynep Abdullahın oynayacağı "Shura"nın böyük bacısı "Barones Valentina"nı canlandıracaq.
Qeyd edək ki, Kabau 2 həftə əvvəl "Muhteşem Yüzyıl" serialında rol almaq istədiyini açıqlamışdı. Lakin filmin prodüseri Timur Savcı belə bir niyyətləri olmadığını bildirmişdi.
Kabau bir neçə ay əvvəl Sneyderlə birlikdə Kıvanç Tatlıtuğla görüşərək axşam yeməyi yemişdi. Görüşdən sonra o, "Kıvanç yaraşıqlı və sevimli insandı. Onunla bir filmə çəkilmək istəyərəm. Hərçənd Ueslinin dostları "Kıvançla filmə çəkilməsinə icazə vermə" deyə zarafat edirlər. Uesli məni qısqanmaz. Çünki özünə və mənə inanır" demişdi.
Fanat.az