«Simurq»un növbəti rəqibi müəyyənləşdi

«Simurq»un növbəti rəqibi müəyyənləşdi

«Simurq»un yoldaşlıq oyunu keçirəcəyi növbəti rəqib müəyyənləşib. Fanat.azğ xəbər verir ki, Zaqatala təmsilçisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində son oyununu iyulun 7-də keçirəcək.

«Sarı-qaralar» həmin gün Liviyanın «Əl-Nəsr» klubu ilə qarşılaşacaq. 1954-cü ildə yaradılan Benqazi şəhərinin təmsilçisi ölkənin ən köklü komandalarından biridi. Bu komanda 1 dəfə Liviya çempionluğunu, 3 dəfə kubokunu qazanıb.

Qeyd edək ki, «Simurq» iyulun 8-də vətənə dönəcək.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər