“Simurq” 4 itki ilə hazırlaşır

“Simurq” 4 itki ilə hazırlaşır

Topaz Premyer Liqasının 2-ci dövrəsinin ilk oyununda “Simurq” “Xəzər Lənkəran”ı qəbul edəcək.  Fanat.az xəbər verir ki, cənublularla oyuna gündə iki dəfə olmaqla hazırlaşan Georgi Çixradzenin yetirmələri "Şəfa”da növbəti məşqinə çıxıb.

 

Lənkəran təmsilçisinin qarşısına ciddi itkilərlə çıxacaq zaqatalalılar4 futbolçunun xidmətindən məhrumdu.Belə ki, kapitan Ruslan Poladov sarı vərəqə limitini keçdiyindən, İlin Qırtımov və Draqan Çeran isə qırmızı vərəqə cəzalısı olduğundan oynamayacaq. Rövşən Əmiraslanovun isə zədəsi tam sağalmadığından komandasına kömək edə bilməyəcək.

 

 Qeyd edək ki, "Simurq" - "Xəzər Lənkəran" qarşılaşması "Bayıl Arena"da keçiriləcək. Oyun oktyabrın 19-da, 17.00-da start götürəcək.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər