Saşa Yunisoğlu "Dənizlispor"un "Karşıyaka"ya vurduğu qolun onun adına yazılmasına münasibət bildirib. Fanat.az xəbər verir ki, futbolçumuz buna təəccübləndiyini deyib.
"Buna mən özüm də təəccüblənmişdim. Əlbəttə, öz adımı qələbə qolunun müəllifi kimi görmək xoş olsa da, bu həqiqət deyil. Əsas odu ki, biz qalib gəldik", deyə Yunisoğlu bildirib.
Qeyd edək ki, "Dənizlispor" "Karşıyaka"nı 1:0 hesabı ilə yenib. Matçın yeganə qoluna 90-cı dəqiqədə Barış Örücü imza atsa da, Türkiyə mətbuatı əvvəlcə qələbə topunu Saşanın adına yazmışdı. Daha sonra səhv düzəldildi.
Fanat.az