Saşa "fərqləndi", Arif oynamadı, "Dənizlispor" uduzdu

Saşa "fərqləndi", Arif oynamadı, "Dənizlispor" uduzdu
Türkiyə PTT 1-ci liqasında XII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi “Dənizlispor” "Manisaspor"u qəbul edib.
Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Saşa Yunisoğlu meydana start heyətində çıxıb, 90 dəqiqə oynayıb və 76-cı dəqiqədə sarı vərəqə alıb. Arif İsayevin adı isə "18-liy"ə salınmayıb.
 
Qeyd edək ki, “Denizlispor” hazırda 11 xalla 16-cı pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər