Saşa oynadı, Arifə yer tapılmadı

Saşa oynadı, Arifə yer tapılmadı
Türkiyənin PTT 1-ci liqasında XIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor" "İstanbul BB"ni qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. "Dənizlispor"un baş məşqçisi Yusuf Şimşek Saşaya start heyətinda yer verib. Futbolçumuz 90 dəqiqə meydanda olub. Arif isə "18-liy"ə düşməyib.
Qeyd edək ki, "Dənizlispor" 13 turdan sonra 15 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər