Saşa Ndukanı uddu

Saşa Ndukanı uddu
Türkiyənin PTT 1-ci liqasında XV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Andrey Popoviçlə Usim Ndukanın forma geyindiyi "Tavşanlı Linyitspor" Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor"u qəbul edib.
Oyun 1-ci dəqiqədə azlıqda qalan "Dənizlispor"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Usim Nduka və Saşa Yunisoğlu start heyətində meydana çıxıb. Ndukanı 75-ci dəqiqədə Mertcan Demirer əvəzləyib, Yunisoğlu sonadək meydanda olub. Andreyin adı isə "18-liy"ə salınmayıb.
Qeyd edək ki, "Dənizlispor" 15 oyundan sonra 18 xalla 10-cu pillədə qərarlaşıb. 14 oyun keçirən "Tavşanlı Linyitspor" isə 9 xalla 17-cidi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər