Sadıq Sadıqov: "Süleymanov dedi ki..."

Sadıq Sadıqov: "Süleymanov dedi ki..."
Nazim Süleymanovun “Neftçi”nin baş məşqçisi postuna gətirilmə məsələsinin çoxdan gündəmdə olması təsdiqlənib. Yəni, Nazim Süleymanovun komandanın başına gətirilməsi sırf Superkubokdakı uğursuzluqla bağlı deyil.
Məsələ burasındadı ki, Süleymanov Böyükağa Hacıyevin istefasından dərhal sonra komandaya cəlb olunmalı imiş.
Amma o, klub prezidenti Sadıq Sadıqovdan milli komandada işlərini yekunlaşdırdıqdan sonra “Neftçi”də işə başlamasını istəyib.
Bu barədə Sadıq Sadıqovun özü məlumat verib: “Nazim müəllim əsl peşəkardı. Onunla çoxdan söhbətim olmuşdu. Nazim müəllim peşəkar kimi davrandı. Dedi ki, seçmə mərhələnin oyunlarından öncə millini qoyub gələ bilməz. Mən də onu başa düşdüm. Ümidvaram ki, “Neftçi”də işi uğurlu olacaq. Ona bir futbolçu, bir şəxsiyyət, bir məşqçi kimi böyük hörmətim var”.
futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər