AZAL-da dəyişiklik baş verib. Fanat.az xəbər verir ki, Bakı klubunda tərcüməçi işləyən Rüstəm Əfsərli klubu tərk edib.
Bu barədə o, özü “Facebook” səhifəsində yazıb: “İş yerini tərk etmək həmişə çətindi. Amma bu qərarı özün soyuq başla vermisənsə, bu, yeni macəranın başlanğıcı deməkdi. Mən qoyub getdiyim yerə – jurnalistikaya qayıdıram. AZAL-a uğurlar. Mənə bu 3 ildə dözən hər kəsə “çox sağ ol” deyirəm”.
Qeyd edək ki, Rüstəm Əfsərli AZAL-dan əvvəl “Simurq”un mətbuat xidmətinin rəhbəri olub. Onun bundan sonra telekanalların birində jurnalist kimi fəaliyyət göstərəcəyi deyilir. Həmkarımıza yeni iş yerində uğurlar arzulayırıq.