Ruslan Abışovdan bəd xəbər gəldi

Ruslan Abışovdan bəd xəbər gəldi
Azərbaycan milli komandasının vitse-kapitanı, Rusiyanın “Rubin” klubunun üzvü Ruslan Abışov zədələnib. Fanat.az xəbər verir ki, o, Azərbaycan millisinin Rusiyaya qarşı keçirdiyi oyunda xəsarət alıb.
Müayinədən sonra məlum olub ki, Ruslanın topuğunda problem var. Bu səbəbdən Abışov ən azından 2 həftə dincəlməlidi. O, bu gün daxili çempionatda “Volqa”, növbəti həftədə isə “Lokomotiv”lə keçiriləcək matçı kənardan izləyəcək. Bundan əlavə, Ruslan Abışov Avropa Liqasının “Viqan”a qarşı matçında da “Rubin”ə kömək edə bilməyəcək.
Ruslanın zədədən əziyyət çəkdiyini əməkdaşımızla söhbətində qardaşı Sərxan İbrahimoğlu da təsdiqləyib.
Futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər