"Rubin"in Rusiya Premyer Liqasındakı uğursuz çıxışı azarkeşləri narazı salıb. Fanat.az xəbər verir ki, komandadan narazı olan fanatlar Tatarıstan Respublikasının prezidenti və "Rubin"in Qəyyumlar Şurasının sədri Rüstəm Minnixanova müraciət ediblər.
Bundan sonra Minnixanov baş məşqçi Kurban Berdıyev və heyət üzvlərini sərt şəkildə tənqid edib: "Belə oynamağa davam etsələr, hamısını qovacağam! Bunu dəqiq deyirəm. Bu, təhqirdi! Orada özlərinin hansısa şəxsi münasibətlərini ön plana çıxardırlar. Pulunu aldın, oyna! Müqavilə var. Bizim əlavə pulumuz yoxdu. Sponsorlar “Rubin”i bizim xahişimizlə maliyyələşdirir. Ümumiyyətlə, vicdansızdılar! Kurban Berdıyev və digərləri artıq yaxşı-yaxşı fikirləşməlidirlər. Heç bir güzəşt olmayacaq! Respublikanın adını batırırlar”.
Qeyd edək ki, “Rubin” Avropa Liqasında 1/16 final mərhələsinə vəsiqə qazansa da, Rusiya Premyer Liqasında komandanın vəziyyəti ürəkaçan deyil. 19 turdan sonra 24 xal toplayan Kazan təmsilçisi 10-cu pillədə qərarlaşıb.
Fanat.az