Ruslan Abışov: "Qələbə hər zaman şirin olur"

Ruslan Abışov: "Qələbə hər zaman şirin olur"
Milli komandamızın üzvü Ruslan Abışov Estoniya və Qırğızıstanla oyunlardan əvvəl fikirlərini bildirib. Fanat.az xəbər verir ki, futbolçu qələbə qazanmaq istədiklərini deyib:
"İlin son oyunlarıdı. Estoniya millisi güclü komandadı. Qırğızıstan yığması haqda isə elə də məlumatım yoxdu. Yoldaşlıq oyunları olmasına rəğmən, qələbə qazanmağa çalışacağıq. Çünki qələbə hər zaman şirin olur. Rusiya yığması ilə oyundan sonra əvvəlki zədəm bir qədər də pisləşdi. Üç həftə məşq etmədim. Artıq məşqlərə başlamışam. Yavaş-yavaş formaya düşürəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər