"Dünya çempionatında Rusiyaya azarkeşlik edəcəyəm. Həmyerlilərimi də buna çağırıram. Amma məncə, onlar bunsuz da Rusiya yığmasına azarkeşlik edəcəklər". Fanat.az xəbər verir ki, bu sözləri millimizin üzvü Ruslan Abışov deyib.
"Rubin"in formasını geyinən millimizin üzvü Rusiya mətbuatına açıqlamasında bu çağrışının səbəbini də açıqlayıb: "Çünki Rusiya yığmasında həm də azərbaycanlı futbolçu - Aleksandr Səmədov çıxış edir. Türklər necə Məsut Özilə görə Almaniya yığmasına azarkeşlik edirlərsə, biz də Səmədova azarkeşik edəcəyik. Səmədov da bizim Özildi".