Avropa Liqasının qrup mərhələsinin III turunun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Ruslan Abışovun çıxış etdiyi "Rubin" bu gecə "Viqan"ın qonağı olacaq.
İngiltərədə baş tutacaq oyun Bakı vaxtı ilə saat 00.05-də başlayacaq. Artıq komandaların start heyəti açıqlanıb. II turun "Sulte Varegem"lə oyununda meydana start heyətində çıxan və 74 dəqiqə oynayan Ruslan bu dəfə zədə səbəbindən heyətdən kənarda qalıb.
Fanat.az