"Rubin"in qış hazırlıq planı müəyyənləşib. Fanat.az xəbər verir ki, Kazan klubu Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək.
"Sulte-Varegem"lə Avropa Liqası oyunundan sonra komanda istirahətə buraxılıb. Bu səbəbdən Ruslan Abışov da vətənə dönüb. Millimizin üzvü yanvarın 11-də birbaşa Antalyaya yollanacaq. "Rubin" Türkiyədə bir neçə yoxlama oyunu keçirəcək.
Fanat.az