Rus fanatlar təyyarəni iki dəfə yerə endirdi

Rus fanatlar təyyarəni iki dəfə yerə endirdi
Rus azarkeşlər təyyarədə aranı qarışdırıb. Fanat.az xəbər verir ki, hadisə Moskvadan Mançesterə uçan reysdə baş verib.
Belə ki, Çempionlar Liqasının "Mançester Siti" - ÇSKA matçını izləmək üçün Moskvadan Mançesterə yollanan fanatlardan biri təyyarədə hostesləri itələyib və onlarla dalaşıb. Nəticədə "Easyjet-Fly" şirkətinə məxsus təyyarənin pilotu Kopenhagendə məcburi eniş edib. Təyyarə hava limanına endikdən sonra dava salan azarkeş polisə təhvil verilib.
Təyyarə havaya qalxdıqdan sonra polisə təhvil verilən azarkeşin 6 dostu da Kopenhagendə qalmaq istədiklərini bildirərək dava salıblar. Bu səbəbdən pilot ikinci dəfə təyyarəni yerə endirməli olub.
Olayla bağlı açıqlama verən Kopenhagen hava limanının polis rəisi Mads Firlings həmin azarkeşlərin həbs olunmadığını bildirib: "Sərnişinlərdən biri problem yaratdığı üçün təyyarə məcburi eniş etdi və həmin şəxs bizə təhvil verildi. Daha sonra yenidən yerə enərək daha 6 nəfəri yerə düşürdülər. Bu vəziyyətdə qərarı pilot verir. Sərnişinlər bizə təhvil verildi, amma həbs etmədik. Onlardan 4-ünün şengen vizası olduğu üçün yeni bilet almaq məqsədi ilə şəhərə buraxdıq. Qalan 3 nəfərin isə sadəcə İngiltərə vizası var. Bu səbəbdən tranzit bölgəni tərk etmələrinə icazə vermədik. Onlar Mançesterə göndəriləcək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər