"Mançester Yunayted" Ueyn Runinin müqaviləsini uzatmaq üçün futbolçuya yeni təklif verməyə hazırlaşır. Fanat.az xəbər verir ki, Premyer Liqa klubu ulduz futbolçunun maaşını artıracaq.
Məlumata görə, "qırmızı şeytanlar" Runiyə 4 illik müqavilə təklif edəcək. Futbolçu təklifi qəbul etsə, həftədə 250 min funt-sterlinq maaş alacaq. Bu isə 4 il ərzində 52 milyon funt-sterlinq deməkdi. Bundan başqa Ueyn vurduğu hər qola və oynadığı hər matça görə əlavə mükafat alacaq.
Fanat.az