Millimizin forvardı Rüfət Dadaşov Almaniya çempionatında növbəti oyununa çıxıb. Fanat.az xəbər verir ki, gənc hücumçu Regionalliqanın Cənub-Qərb zonasında keçirilən XIII tur çərçivəsində forma geyib.
O, “Kayzerslautern-2”nin “Qrossaspax”la səfər matçında meydanda olmaq şansı qazanıb. Rüfəti komandası hesabda geri olarkən - 75-ci dəqiqədə döyüşə atan məşqçisi bərabərlik qolunu görüb – 1:1.
Bunəticədənsonrahesabında 22 xalolan “Kayzerslautern-2” 5-cipillədə qalıb.
Fanat.az