Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, cənub-qərb zonasında çıxış edən “Kayzerslautern II” “Ayntraxt”ın (Trier) qonağı olub.
Oyun 0:0 hesabı ilə başa çatıb. “Kayzerslautern II”nin baş məşqçisi Konrad Fünfstük bu oyunda millimizin üzvü Rüfət Dadaşova da şans verib. Maltaya 2 qol vuran futbolçumuz 81-ci dəqiqədə Sebastian Yakobu əvəzləyib.
Qeyd edək ki, “Kayzerslautern II” rəqiblərindən bir oyun az keçirib. Rüfətin komandası 3 matçdan sonra 2 xalla 15-ci pillədə qərarlaşıb.