“Hə, oyundan sonra ayağımda sarıq var idi. Amma zədəm ciddi deyil. Rəqib epizodların birində ayağıma vurmuşdu. Belə desək, mikrozədədi. Rusiya ilə oyuna qədər keçib gedəcək”. Bu sözləri Fanat.az-a açıqlamasında millinin gənc hücumçusu Rüfət Dadaşov deyib.
Rüfət oktyabrın 15-də “Bakcell Arena”da baş tutacaq görüşdə uğur qazanmaq istədiklərini söyləyib: “Şimali İrlandiya ilə oyun geridə qaldı. Qələbə qazandığımız üçün hamımız şadıq. Artıq Rusiya ilə görüş haqda düşünürük. Təbii, çətin olacaq. Ancaq bu oyunda da uğurlu çıxışla azarkeşlərimizi sevindirmək istəyirik”.
Xatırladaq ki, britaniyalılarla oyunda Rauf Əliyevin ötürməsini qola çevirən forvard yığma formasında çıxdığı 7 qarşılaşmada 4 top vurub.
Fanat.az