"Real" azarkeşləri Kriştiano Ronaldoya dəstək verib. Fanat.az xəbər verir ki, fanatlar "İlin futbolçusu mükafatının portuqaliyalı ulduza verilməsini istəyib.
Bu məqsədlə "Qalatasaray"la oyunda stadionda böyük Ronaldo pankartı açılıb və üzərinə '7' yazılmış vərəqələr qaldırılıb. Zəmçinin azarkeşlərə üzərində ulduz futbolçunun rəsmi olan 45 min maska paylanıb.
Qeyd edək ki, Ronaldo zədə səbəbindən "Qalatasaray"la matçı tribunadan izləyir.
Fanat.az