Dünən "Almeriya"nın qonağı olan "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo zədələnib. Fanat.az xəbər verir ki, start heyətində meydana çıxan portuqaliyalı zədə səbəbindən 55-ci dəqiqədə yerini Jese Rodripesə verməli olub.
İlkin müayinədən sonra futbolçunun yüngül zədə aldığı açıqlansa da, yekun nəticənin ətraflı müayinədən sonra bilinəcəyi qeyd edilib. Lakin İspaniyanın aparıcı media orqanlarından olan AS Ronaldonun durumunun yaxşı olduğunu və qarşıdakı oyunlarda meydanda olacağını yazıb.
Fanat.az