İspaniyanın "Marka" qəzeti "Alfredo di Stefano" mükafatının qalibini elan edib. Fanat.az xəbər verir ki, Kriştiano Ronaldonu ilin ən yaxşısı seçib.
Ötən mövsümün bütün yarışlarındakı performansa görə verilən mükafatı ardıcıl ikinci dəfə qazanan portuqaliyalı ulduz təqdimat mərasimindəki çıxışında cari mövsümdə daha yaxşı çıxış etdiyini bildirib: "Son illərdə yüksək səviyyədə olsam da, karyeramın ən yaxşı mövsüm startını yaşayıram. Çox yaxşı dönəmdən keçirəm. "Real" bu mövsüm çox güclüdü. Sonda yaxşı nəticələr qazanmaq üçün komandaya kömək etməyə çalışıram. Özümüzə inanırıq. Uğur qazanmağın yolu hər zaman çox çalışmaqdan və oyunlara daha yaxşı köklənməkdən keçir".
Çempionlar Liqasının "Qalatasaray" və La Liqanın "Valyadolid"lə oyunlarında oynamayan Ronaldo zədəsi ilə bağlı da açıqlama verib: "Artıq sağalmışam və oynamağa hazıram".
Fanat.az