Ronaldo evini satışa çıxardı - FOTO

Ronaldo evini satışa çıxardı - FOTO

"Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo Mançesterdəki evini satışa çıxarıb.Qol.Az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçunun "Mançester Yunayted"də oynadığı dönəmdə qaldığı evinin qiyməti 4,3 milyon avrodur.Bu məbləğ isə Ronaldonun 2008-ci ildə evi aldığı qiymətdən daha azdır.Qeyd edək ki, sözügedən evdə 5 otaq və hər otağın içində bir hamam var. Bundan başqa evdə film salonu, cakkuzi, sauna, idman meydançası, qapalı və açıq hovuz da yer alıb. Futbolçunun bu evi satmasına qonşuları ilə yaşadığı problemlərin səəb olduğu bildirilir. Digər tərəfdən bu evin satışı ilə oyunçunun daha uzun müddət "Real"da qalacağı iddia edilir.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər