"Sivasspor"un yeni baş məşqçisi, dünya futbolunun əfsanəsi Roberto Karlos Joze Mourinyonun ona "Sivasspor"la başlamağın doğru olduğunu söylədiyini bildirib.
İdman24.az xəbər verir ki, karyerasına "Anji" klubunda son qoyan oyunçu yaşıl meydanlara türk klubunda baş məşqçi olaraq qayıdacaq. "Ən böyük dəstəkçim Mourinyo oldu. Məni o cəsarətləndirdi. O da Türkiyəni çox sevir. Mənə "Sivasspor"da başlamağın doğru seçim olduğunu bildirdi", deyə ulduz qeyd edib.
İdman24.az