Riçard Almeyda Azərbaycana qayıdır - Yeni klubu...

Riçard Almeyda Azərbaycana qayıdır - Yeni klubu...
Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeyda karyerasını yenidən Premyer Liqada davam etdirəcək.
Ötən 1 ili Birləşmiş Ərəb Əmirliklərində keçirən orta sahə oyunçusu "Zirə" ilə anlaşıb.
Müxtəlif illərdə iki dəfə "Qarabağ"ın formasını geyinmiş braziliyalı "Baniyas"la sözləşməsinə xitam verib. "Sambaçı" qəsəbə təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalayıb. O, bu gün Bakıda olmalıdı.
Riçard Almeyda Azərbaycanda 2011-2018-ci və 2019-2020-ci illərdə "Qarabağ”da oynayıb. O, 2017-ci ildən milli komandamızın üzvüdü.
Qeyd edək ki, bu barədə ilk xəbəri sportinfo.az saytı yayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər