Topaz Premyer Liqasının ilk turu çərçivəsində "Simurq” ilə üz-üzə gələcək "Rəvan” hazırlıqlarını davam etdirir. Bu günə komandanın 2 məşqi nəzərdə tutulmuşdu ki, onlardan birincisi trenajor-zalda reallaşıb. Futbolçuların əzəli kütləsini artırmağa yönəlik çalışmalar təxminən 1 saat davam edib. Axşam saatlarında isə futbolçular yaşıl meydana çıxacaq. "Bayıl Arena”da artıq taktiki-texniki hazırlıq olacaq.
İdman24.az