Yeni mövsümə hazırlıqlarını Sloveniyada davam etdirən "Rəvan” növbəti yoxlama oyununu keçirdi. Komanda məskunlaşdığı "Draş Center Hotel”in yaxınlığındakı bazada Serbiya elitasının nümayəndəsi "Çukariçki” ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Rəvan” ərazi üstünlüyünə malik olsa da, hesabı klubumuzun xeyrinə dəyişmək mümkün olmadı. Əsas diqqəti müdafiəyə ayıran, fiziki gücə söykənən futbol sərgiləyən serblər sona qədər qapısının toxunulmazlığını qoruya bildi. Beləliklə, oyun 0:0 hesabı ilə başa çatdı.
İdman24.az