“Rəvan” Sloveniya kubokunun yarımfinalçısına qarşı

“Rəvan” Sloveniya kubokunun yarımfinalçısına qarşı
Sloveniyanın Maribor şəhəri yaxınlığında hazırlıqlarını davam etdirən "Rəvan” adıçəkilən ölkədə ilk yoxlama oyununu bu gün keçirəcək. Apasport.az saytının məlumatına görə, paytaxt klubu bu gün yerli klublardan birini sınağa çəkəcək.
Bu, ötən mövsüm Sloveniya çempionatını 10-cu pillədə başa vuraraq aşağı dəstəyə yuvarlanan “Aluminiy”dir. Bununla belə, Kidriçevo təmsilçisi ötən mövsüm ölkə kubokunda yarımfinala qədər irəliləyib.
Hazırda bu komandanı 41 yaşlı Ante Şimunca çalışdırır. Hansı ki, bu çalışdırıcının sayəsində “Mura 05” çempionatı 3-cü pillədə başa vuraraq “Bakı”ya Avroliqada rəqib olmuşdu. Komandada yerli futbolçulardan başqa, 2 bosniyalı və 2 xorvatiyalı oyunçu çıxış edir.
Qeyd edək ki, “Rəvan” Bakıda hazırlıq keçdiyi müddətdə 3 yoxlama oyunu keçirib. AZAL-a hər iki oyunda 0:3 və 0:1 hesabları ilə məğlub olan “sarı-qırmızılar” “Qaradağ Lökbatan”la qolsuz bərabərə qalıb – 1:1.
Yoxlama oyunu
21:00 Aluminiy (Sloveniya) – Rəvan (AZƏRBAYCAN)
Sloveniya. Maribor 
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər